“Üzr istəməlisən” deyib iki bıçaq zərbəsi endirdilər - Xırdalandakı hadisənin TƏFƏRRÜATI
Kriminal
Ötən gecə Xırdalanda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
News24.az-ın məlumatına görə, 31 yaşlı Rasif Abdullayev qardaşı ilə mübahisə edən şəxsin dostu tərəfindən öldürülüb.
Belə ki, Ayxan Aslanov mərhumun qardaşı ilə mübahisə edib. Rasif Abdullayev hadisəni görərək mübahisəyə müdaxilə edib. Bir müddət sonra tərəflər arasında yaranan gərginlik sakitləşib.
Daha sonra gecə saatlarında Ayxan Aslanov Ceyhun adlı dostu ilə birlikdə Rasifi söhbətə çağırıb. Söhbət zamanı Ayxan Rasifdən üzr istəməli olduğunu bildirib. Rasif isə bundan imtina edib. Bu zaman Ceyhun qəfil bıçaq çıxararaq Rasif Abdullayevə iki zərbə endirib.
Ağır xəsarət alan Rasif hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil veriliblər.