100 yaşı keçmək istəyənlər mütləq bunu etsin: Gündə iki dəfə kifayətdir

100 yaşı keçmək istəyənlər mütləq bunu etsin: Gündə iki dəfə kifayətdir Maraqlı

Uzunömürlülük üzrə mütəxəssis Den Buettner uzun yaşamaq istəyən insanların qəhvəni günün hansı saatında içməsinin vacib olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, mütəxəssis qəhvəni günortadan əvvəl qəbul etməyin daha doğru olduğunu deyib. O, gün ərzində bir və ya iki fincan qəhvənin günorta içilməsini tövsiyə edib.

Buettnerin fikrincə, belə qidalanma vərdişi ürək-damar xəstəliklərinin inkişaf riskinin azalmasına kömək edə bilər. Eyni zamanda, günün ikinci yarısında qəhvə içmək yuxunun keyfiyyətinə mənfi təsir göstərə və yuxusuzluğa səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, keyfiyyətsiz və qeyri-kafi yuxu sağlamlığa mənfi təsir göstərən amillərdən biridir. Buettner daha faydalı seçim kimi yüngül qovrulmuş və süzülmüş qəhvəni içməyi də tövsiyə edib.

Qeyd edək ki, qəhvənin sağlamlığa təsiri insanın fərdi xüsusiyyətlərindən, qəbul edilən miqdardan və kofeinə həssaslıqdan asılıdır.