12 əsrlik əfsanə öldü: Robin Qudun yuvası qurudu!

12 əsrlik əfsanə öldü: Robin Qudun yuvası qurudu! Maraqlı

İngiltərənin Şervud meşəsində yerləşən və Robin Qudun gizləndiyi yer kimi tanınan nəhəng palıd ağacı quruyub.

News24.az xəbər verir ki, təxminən 1200 illik ağacın bu yaz bir yarpağı belə göyərmədən tamamilə məhv olub. Nəhəng palıd 28 metrə çatan budaqları və 1 metrə yaxın gövdəsi ilə Britaniyanın ən böyük ağaclarından biri sayılırdı.

Şervud meşəsi Robin Qud əfsanəsi ilə bağlı ən məşhur məkanlardan biri kimi tanınır.