18 min dollara xalça alıb?

18 min dollara xalça alıb? Maraqlı

“Apple” şirkətinin keçmiş baş direktoru Tim Kuk İstanbulun tarixi Qapalıçarşı bazarına səfəri zamanı aldığı xalçanın qiyməti ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşri məlumat yayıb.

Məlumata görə, Tim Kuk noyabrın 8-də Türkiyəyə səfər edib. İstanbul proqramı çərçivəsində o, tarixi Qapalıçarşı bazarını ziyarət edib.

İddialara görə, o, bəyəndiyi xalçanı almaq üçün 18 min dollar (təxminən 904 min türk lirəsi) ödəyib.

Lakin sonradan xalça mağazasının nümayəndələri bu məlumatı təkzib ediblər. Bildirilib ki, Tim Kukun ziyarəti zamanı heç bir xalça satışı həyata keçirilməyib.

Həmçinin yayılan fotonun İstanbulda deyil, Ankaradakı mağazada çəkildiyi açıqlanıb.

Tim Kuk İstanbul səfəri zamanı sosial şəbəkə hesabında da paylaşım edərək Türkiyədə olmaqdan məmnunluğunu ifadə edib.