2010-ların əfsanəsi geri döndü - 150 min video geri yüklənir
Maraqlı
2010-cu illərin ən populyar qısa video platformalarından biri olan “Vine” illər sonra “diVine” adı ilə yenidən istifadəyə verilib.
News24.az-ın məlumatına görə, Cek Dorsinin dəstəklədiyi yeni tətbiq bağlanmadan əvvəl arxivləşdirilən 150 min “Vine” videosunu yenidən əlçatan edir və istifadəçilərə 6 saniyəlik videolar çəkmək imkanı yaradır.
“diVine” süni intellektlə yaradılan videoların qarşısını almaq üçün xüsusi təhlükəsizlik sistemi ilə təchiz edilib. Tətbiq artıq həm iOS, həm də Android platformalarında yüklənə bilər.