40 yaşı keçənlərin nəzərinə!
Maraqlı
İnsan orqanizmində 40 yaşdan sonra maddələr mübadiləsinin yavaşlaması, xolesterin səviyyəsinin dəyişməsi, ürək-damar xəstəlikləri riskinin artması və sümük toxumasının zəifləməsi kimi proseslər baş verə bilər.
News24.az xəbər verir ki, dietoloq Mariyat Muxina bu yaşdan sonra qidalanmaya xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib.
Mütəxəssis ilk növbədə şəkərli içkilərdən və şirniyyatlardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, sürətli karbohidratların qəbulunu məhdudlaşdırmaq, ağ çörək əvəzinə tam taxıllı məhsullara üstünlük vermək daha məqsədəuyğundur.
Dietoloq trans yağlarla zəngin məhsulların da rasiondan çıxarılmasını məsləhət görüb. Bu kateqoriyaya bəzi bişmiş məmulatlar, çipslər və fast-food məhsulları daxildir. Muxina həmçinin yağlı və emal olunmuş ət məhsullarının, həddindən artıq duzlu qidaların qəbulunu azaltmağı tövsiyə edib. Souslar, konservləşdirilmiş məhsullar və ketçupun da mümkün qədər az istifadə edilməsinin vacibliyini vurğulayıb.