50-ci illərdə məşhur idilər - Yenidən gündəmə gəldi
Maraqlı
1950-ci illərin çimərlik dəbi 2026-cı ilin yay mövsümündə yenidən populyarlıq qazanıb.
News24.az xəbər verir ki, bu barədə "Vogue" jurnalı yazıb.
Nəşrin məlumatına görə, bu yay mövsümünün ən diqqətçəkən trendlərindən biri əsrin ortalarının üslubundan ilhamlanan dama-dama naxışlı bikinilərdir. Uzun müddət köhnəlmiş hesab edilən bu dizaynlar yenidən moda dünyasının diqqət mərkəzindədir.
Məlumata əsasən, sosial media fenomenləri və məşhurların bu üsluba maraq göstərməsi trendin daha da yayılmasına səbəb olub.
Amerikalı modellər Bella Hadid və Kendall Jenner, həmçinin aktyor Leonardo Di Kaprionun sevgilisi, italiyalı model Vittoria Ceretti də istirahət zamanı məhz dama-dama naxışlı çimərlik geyimlərində çəkdirdikləri fotolarla bu dəb tendensiyasını nümayiş etdiriblər.