5G rabitə qüllələri xərçəng xəstəliyi yaradır?
Maraqlı
5G rabitə qüllələrinin yaxınlığında olmağın xərçəng xəstəliyinə səbəb olduğunu təsdiqləyən etibarlı elmi məlumat yoxdur.
News24.az xəbər verir ki, bunu rusiyalı onkoloq Andrey Pılyov açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, 5G qüllələrinin insan sağlamlığı üçün potensial təhlükə yaratdığını göstərən obyektiv və etibarlı sübutlar mövcud deyil.
Buna görə də bu barədə yayılan nəzəriyyə öz təsdiqini tapmır.