Ağ corabları yenidən ağartmağın sadə üsulu: sadəcə 4 ədəd…

Ağ corabları yenidən ağartmağın sadə üsulu: sadəcə 4 ədəd… Maraqlı

Ağ corabların alt hissəsində yaranan ləkələri adi yuyucu vasitələrlə çıxarmaq bəzən çətin olur.

News24.az xəbər verir ki, Polşa mətbuatının yazdığına görə, bu problemi həll etmək üçün adi aspirindən istifadə etmək mümkündür.

Bunun üçün örtüksüz 4 aspirin tableti çirkli corabların arasına, birbaşa paltaryuyan maşının barabanına yerləşdirilir və adi yuma rejimi işə salınır. Aspirinin tərkibindəki asetilsalisil turşusunun yumşaq ağardıcı təsir göstərdiyi bildirilir.

Ağ corabların rəngini qorumaq üçün onları rəngli geyimlərdən ayrı yumaq və 40-60 dərəcə temperatur seçmək tövsiyə olunur. Daha yüksək temperatur parçanın liflərinə zərər verə və corabların kiçilməsinə səbəb ola bilər.