Şahrux Xan və Kajola heykəl qoyuldu - Foto
Maraqlı
Londonda Bollivud ulduzları Şahrux Xan və Kajol Devqanın heykəli qoyulub.
News24.az xəbər verir ki, bu addım aktyorların baş rolda çəkildiyi "Cəsur ürək gəlini aparar" filminin 30 illiyi münasibətilə atılıb. Ötən gün sözügedən ekran işində Şahrux və Kacolun canlandırdıqları obrazların bürünc heykəllərinin açılışı olub və aktyorlar mərasimdə iştirak ediblər. Qeyd edək ki, onlar filmdə "Raj" və "Simran" obrazlarını ifa ediblər.
Arzu