Almanın faydası onun rənginə görə dəyişir
Maraqlı
Almanın rəngi təkcə qabığında deyil, həm də meyvənin lətində olan piqmentlər toplusu ilə müəyyən edilir.
News24.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena Pryaxina bildirib.
Mütəxəssisin sözlərinə görə, yaşıl rəngə xlorofil cavabdehdir, sarı və narıncı çalarları karotinoidlər yaradır, qırmızı, moruğu və bəzən bənövşəyi rənglər isə antosianlar sayəsində yaranır.
Bu komponentlərin hər biri orqanizmə fayda verir.
Dietoloq bildirib ki, faydalı maddələrin tam spektrini almaq üçün menyuya müxtəlif rəngli almalar daxil edilməlidir.
"Rasionunuza qırmızı, sarı və yaşıl almaları əlavə etmək daha yaxşıdır", — deyə mütəxəssis qeyd edib.