Asteroidlər nüvə bombası ilə məhv edilə bilər

Asteroidlər nüvə bombası ilə məhv edilə bilər Maraqlı

Çinli alimlər Yer üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi məqsədilə yeni üsul təklif ediblər.

News24.az xəbər verir ki, onların fikrincə, asteroidin səthində kiçik bir krater qazıldıqdan sonra həmin boşluğa nüvə yükü yerləşdirilərək partladılmalıdır.

Tədqiqatçılar hesab edirlər ki, bu üsul adi səth partlayışı ilə müqayisədə daha effektivdir.

Mütəxəssislərin hazırladığı kompüter modellərinə əsasən, diametri təxminən 100 metr olan asteroidin daxilində həyata keçirilən partlayış onun tamamilə parçalanmasına və Yer üçün təhlükənin aradan qaldırılmasına kömək edə bilər.

Partlayış enerjisinin asteroidin daxilində yayılması onun daha səmərəli şəkildə dağılmasını təmin edir.

Alimlər vurğulayırlar ki, bu üsul yalnız son çarə kimi nəzərdən keçirilməlidir.

Bu əməliyyatınniöurlu keçməsi asteroid barədə əvvəlcədən kifayət qədər məlumat toplanmasından və təhlükənin vaxtında müəyyən edilməsindən asılıdır.

Buna görə də asteroidlərin erkən aşkarlanması və daimi müşahidəsi planetin müdafiəsinin əsas elementlərindən biri hesab olunur.