Astroloqdan xəbərdarlıq - Saat 14:49-dan etibarən...
Maraqlı
Türkiyəli Astroloq Dinçer Güner bildirib ki, səmadakı hərəkətlər gün ərzində enerjilərə ciddi təsir göstərəcək. O, insanları günortadan sonrakı saatlarda ehtiyatlı olmağa çağırıb.
Astroloqun sözlərinə görə, Ay bu gün 14:49–22:32 saatları arasında Oğlaq bürcündə "boşluqda" olacaq, daha sonra isə Dolça bürcünə keçəcək.
Bundan əlavə, Yupiter ilə Şiron arasında yaranan kvadrat aspektin təsiri təxminən üç gün davam edəcək.
Güner bildirib ki, günün ilk yarısında Oğlaq bürcünün intizamlı, ciddi və məsuliyyət yönümlü enerjisi üstünlük təşkil edəcək. Bu saatlar yarımçıq qalmış işləri başa çatdırmaq, maliyyə məsələləri ilə məşğul olmaq və planlar qurmaq üçün əlverişli hesab olunur.
Bu müddətdə insanların praktik həll yolları tapmaqda çətinlik çəkməyəcəyi də vurğulanıb.
Lakin saat 14:49-dan etibarən Ayın "boşluğa" keçməsi ilə enerjinin dəyişəcəyi qeyd olunur.
Günerin fikrincə, bu saatlar ərzində yeni işə başlamaq, mühüm görüşlər keçirmək, böyük alış-veriş qərarları vermək və ya gələcəyə təsir edəcək addımlar atmaq riskli ola bilər.
Onun sözlərinə görə, bu dövrdə başlanılan işlər gözlənilmədən ləngiyə və ya müsbət nəticə verməyə bilər.
Bu səbəbdən həmin vaxt ərzində mövcud işləri tamamlamaq, gündəlik işlərlə məşğul olmaq, dincəlmək və hadisələrin təbii axarına uyğun hərəkət etmək daha məqsədəuyğun sayılır.
Axşam saat 22:32-dən sonra Ayın Dolça bürcünə keçməsi ilə atmosfer dəyişəcək.
Bu zaman daha sosial, ünsiyyətə açıq və intellektual enerjilərin ön plana çıxacağı, insanların dost çevrəsi ilə daha fəal ünsiyyət qurmağa meyllənəcəyi qeyd olunur.
Digər tərəfdən, bu gün təsirini göstərən Yupiter–Şiron kvadratına görə keçmişdən qalan bəzi emosional yaraların yenidən gündəmə gələ biləcəyi vurğulanır.
Xüsusilə ailə münasibətləri, iş həyatı və şəxsi inanclarla bağlı həssas mövzuların yaxın üç gün ərzində daha çox düşündürəcəyi bildirilir.
Eyni zamanda qeyd olunur ki, bu dövr şəxsi inkişaf, özünü dərk etmə və daxili sağalma üçün mühüm imkanlar yarada bilər.
Güner hesab edir ki, bu müddətdə insanların daxili aləmlərinə yönəlməsi və özlərini daha yaxşı anlamağa çalışması faydalı olacaq.