Ayını yuxudan oyatdığı üçün cərimələndi

Ayını yuxudan oyatdığı üçün cərimələndi Maraqlı

Norveçin Svalbard arxipelaqında yatan qütb ayısını gəmi siqnalı ilə oyadan şəxs cərimələnib.

News24.az xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat verib.

Hadisə bu ayın əvvəlində, bir şəxsin Svalbardın şimal-qərbində fyordda hərəkət edən gəmidən siqnal verməsi nəticəsində baş verib.

Ərazi qubernatoru bildirib ki, adı açıqlanmayan şəxs hadisəyə görə 50 min Norveç kronu (təxminən 9 min AZN) məbləğində cərimələnib.

“Gəmidə olan şəxslərdən biri ayını görüb və siqnalından istifadə edərək onu oyadıb. Ayı isə başqa əraziyə keçib”, – deyə qubernator bildirib.

Bölgənin yerli qaydalarına əsasən, qütb ayısını zərurət olmadan narahat etmək və ya təqib etmək qadağandır.

Bu canlı 1972-ci ildə Svalbardda qorunan heyvanlar siyahısına daxil edilib.

2015-ci ildə aparılan son elmi hesablamaya əsasən, arxipelaqda təxminən 250 qütb ayısı qeydə alınıb.