Dövlət qurumlarına verilən domenlərin sayı azaldı

Dövlət qurumlarına verilən domenlərin sayı azaldı Maraqlı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 23 yeni domen verilib.

News24.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 211 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 62 % çoxdur.

Təkcə iyunda 2 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 60 % azdır və 4 % çoxdur.

2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.