Başı telefona qarışdığı üçün ona hücum etmək istəyən ayını görmədi - VİDEO

Başı telefona qarışdığı üçün ona hücum etmək istəyən ayını görmədi  - VİDEO Maraqlı

Rumıniyada telefona aludə olan turist ayının hücumundan son anda xilas olub.

News24.az xəbər verir ki, bu barədə “Antena Stars TV” məlumat yayıb.

Hadisə Rumıniyanın məşhur dağ yolu olan Transfaqaraşan magistralında baş verib.

Turist avtomobilini yol kənarında saxlayaraq maşından düşüb. Daha sonra o telefonuna baxmağa başlayıb və arxadan ona ayının yaxınlaşdığını hiss etməyib. Bir neçə saniyə belə davam edib. O, ayı qarşısına keçdikdən sonra onun fərqiə varıb.

Qorxuya düşən turist dərhal avtomobilinə doğru qaçaraq təhlükədən son anda xilas olub.