Bəstəkar, dirijor, professor və… kitab oğrusu? – Məşhur şəxs haqqında bilinməyən fakt
Maraqlı
Pyotr İliç Çaykovskinin şəxsi kitabxanası təxminən 1500 kitab və not kitablarından ibarət olub.
News24.az xəbər verir ki, kolleksiyadakı ən qədim nəşr 1581-ci ilə aid olan, Evripid əsərlərinin italyan dilindəki nəşridir.
Kitabın titul səhifəsindən əvvəl yapışdırılan vərəqdə bəstəkarın öz əlyazması ilə belə bir qeyd var:
“3 dekabr 1877-ci ildə Venesiyadakı kitabxanadan konservatoriya professoru Pyotr İliç Çaykovski tərəfindən oğurlanmışdır”.