Bu 3 bürc üçün 7 illik xoşbəxt dövr başlayır — Astroloqlar açıqladı

Bu 3 bürc üçün 7 illik xoşbəxt dövr başlayır — Astroloqlar açıqladı Maraqlı

Son illərdə çətinliklər və dəyişikliklərlə üzləşən üç bürc üçün yeni mərhələnin başlayacağı iddia edilir. Astroloqların proqnozuna görə, bu dövr ən azı yeddi il davam edə və həmin şəxslərə şəxsi inkişaf, maliyyə uğuru və yeni imkanlar gətirə bilər.

News24.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.

Astroloq Elizabet Brobekin fikrincə, 2018-ci ildən başlayan mürəkkəb mərhələ bu bürclər üçün tədricən başa çatır. İllər ərzində toplanan təcrübə isə qarşıdakı dövrdə onların əsas üstünlüyünə çevrilə bilər.

Buğa

Buğalar son illərdə həyatlarını yenidən qurmağa məcbur edən çoxsaylı dəyişikliklərlə üzləşiblər. Astroloji proqnoza görə, 2018-ci ildən başlayan bu çətin mərhələ artıq sona yaxınlaşır.

Uranın Buğa bürcünü tərk etməsi ilə uzunmüddətli dəyişikliklərin təsirinin zəifləyəcəyi bildirilir. Qarşıdakı illərdə Buğalar əvvəlki təcrübələrindən istifadə edərək həyatlarında daha sabit və uğurlu mərhələyə keçə bilərlər.

Astroloqun fikrincə, son illərdə yaşanan çətinliklər Buğaların daha güclü olmasına və öz istəklərini daha yaxşı anlamasına kömək edəcək. Onlar əvvəllər xaos kimi görünən hadisələrin əslində gələcək inkişaf üçün zəmin yaratdığını görə bilərlər.

Tərəzi

Tərəzilər üçün də son səkkiz ilin kifayət qədər mürəkkəb keçdiyi bildirilir. Əsas sınaqlar karyera və peşəkar həyatla bağlı olub. İşə həddindən artıq diqqət ayırmaları şəxsi münasibətlərinə də təsir göstərib.

Astroloji proqnoza görə, bu mərhələ artıq geridə qalır və Tərəzilər 2033-cü ilə qədər topladıqları təcrübəni maliyyə uğuruna çevirmək imkanına sahib olacaqlar.

Bu dövrdə əsas diqqətin şəxsi məqsədlərə yönəldilməsi tövsiyə olunur. Tərəzilər həyatlarında onlara mənfi təsir göstərən insanlardan və münasibətlərdən uzaqlaşdıqca enerjilərini daha vacib məsələlərə sərf edə bilərlər.

Nəticədə peşəkar və şəxsi həyat arasında daha yaxşı balans yaratmaq mümkün olacaq. Astroloqlar hesab edirlər ki, lazımsız münasibətlərin aradan qalxması Tərəzilərin qarşıdakı illərdə öz potensiallarını daha rahat reallaşdırmasına şərait yaradacaq.

Əkizlər

2018-ci ildən etibarən Əkizlərin özlərini bir növ yerində sayırmış kimi hiss edə biləcəyi bildirilir. Dəyişiklik etmək cəhdlərinə baxmayaraq, onlar təcrid olunma və daxili resurs çatışmazlığı ilə qarşılaşmış ola bilərlər.

Lakin astroloji proqnoza əsasən, Əkizlər üçün indi tamamilə yeni mərhələ başlayır. Bu dövr sağalma, inkişaf və uğur dövrü kimi xarakterizə edilir.

Əsas dəyişikliklərin onların daxili dünyasında baş verəcəyi vurğulanır. Əkizlər qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün daha çox zehni enerji və motivasiya hiss edə bilərlər. Əvvəlki illərdə qazandıqları təcrübə də qarşıdakı dövrdə onların əsas dayağına çevriləcək.

Brobekin proqnozuna görə, 2033-cü ilə qədər Əkizlər ciddi şəxsi transformasiya yaşaya və keçmişdə qarşılaşdıqları çətinliklərin nəticələrini görə bilərlər. Onlar daha intizamlı olmağı və ilk maneədə geri çəkilməməyi öyrənəcəklər.

Bu səbəbdən Əkizlərə qarşıdakı illər üçün əsas məqsədlərini əvvəlcədən müəyyənləşdirmək və prioritetlərini düzgün seçmək tövsiyə olunur. Ardıcıl şəkildə hərəkət etdikləri halda, gələcək uğurları üçün möhkəm təməl yarada bilərlər. (Demokrat.az)