Bu aylarda doğulanların altıncı hissi güclü olur

Bu aylarda doğulanların altıncı hissi güclü olur Maraqlı

Astrologiya və numerologiyaya görə, doğulduğu ay insanın xarakteri ilə yanaşı, intuisiyasına da təsir göstərə bilər.

News24.az xəbər verir ki, iddialara əsasən, bəzi insanlar ətrafındakıların əhvalını və davranışındakı dəyişiklikləri daha tez hiss edir. Güclü intuisiyası olduğu deyilən şəxslərin daha çox iyun, oktyabr, fevral və yanvar aylarında doğulduğu bildirilir.

İyun: Yaxınlarının səsində, davranışında və əhvalında ən kiçik dəyişiklikləri belə tez hiss etdikləri deyilir.

Oktyabr: İnsanların sözlərindən çox, pauza və intonasiyalarına diqqət etdikləri, nəyinsə gizlədildiyini tez sezə bildikləri iddia olunur.

Fevral: Ətrafdakıların emosional vəziyyətini həssaslıqla hiss etdikləri, bəzən qərarlarını izah edə bilmədikləri daxili duyğulara əsasən verdikləri bildirilir.

Yanvar: İntuisiyalarının daha çox müşahidə və məntiqə əsaslandığı, əlaqəsiz görünən detalları birləşdirərək nəticəyə gəldikləri qeyd olunur.

Qeyd edək ki, bu fikirlər astrologiya və numerologiyanın iddialarına əsaslanır və elmi fakt kimi qəbul edilmir.