Bu canlı 400 ildən artıq yaşayır

Bu canlı 400 ildən artıq yaşayır Maraqlı

Okeanların dərin və buzlu sularında yaşayan nəhəng bir canlı alimləri heyrətə gətirməyə davam edir. Söhbət dünyanın ən uzunömürlü onurğalı heyvanı hesab olunan Qrenlandiya köpəkbalığından gedir.

News24.az xəbər verir ki, elmi araşdırmalara görə, bu nəhəng dəniz canlısı 400 ildən artıq, bəzi ehtimallara əsasən isə 500 ilə yaxın yaşaya bilir. Şimal Buzlu Okeanda yaşayan Qrenlandiya köpəkbalığı son dərəcə yavaş böyüməsi ilə seçilir.

Mütəxəssislərin bildirdiyinə görə, bu balıq ildə cəmi bir neçə santimetr uzanır. Onun ən maraqlı xüsusiyyətlərindən biri də çox gec cinsi yetkinliyə çatmasıdır. Araşdırmalar göstərir ki, Qrenlandiya köpəkbalığı yalnız təxminən 150 yaşında cinsi yetkinlik mərhələsinə daxil olur və bundan sonra çoxalma qabiliyyəti qazanır.

Bu canlı 400 ildən artıq yaşayır