Bu həftə bürcləri nələr gözləyir?
Maraqlı
Astroloq Dinçer Güner 6–13 sentyabr tarixləri üçün 12 bürclə bağlı proqnozlarını açıqlayıb.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Qız bürcündə baş verən Yeni Ay həyatın müxtəlif sahələrində yeniliklər və dəyişikliklər gətirə bilər. Bu dövrdə yarımçıq işləri tamamlamaq, gündəlik həyatı qaydaya salmaq və yeni planlara başlamaq üçün əlverişli imkanlar yaranacaq.
Qoç: İş və gündəlik rejimdə dəyişikliklər, sağlamlıqla bağlı yeni qərarlar gündəmə gələ bilər.
Buğa: Sevgi, yaradıcılıq və şəxsi münasibətlərdə yeni başlanğıclar mümkündür.
Əkizlər: Ev, ailə və yaşayış şəraiti ilə bağlı dəyişikliklər ön plana çıxacaq.
Xərçəng: Təhsil, ünsiyyət, səfərlər və yeni layihələr baxımından aktiv həftə olacaq.
Şir: Maliyyə və gəlirlə bağlı yeni imkanlar yarana bilər.
Qız: Şəxsi həyat, görünüş və gələcəklə bağlı mühüm qərarlar verilə bilər.
Tərəzi: Daxili rahatlıq, istirahət və keçmişdə qalan məsələlərin həlli ön plana çıxacaq.
Əqrəb: Yeni dostluqlar, sosial əlaqələr və gələcəklə bağlı planlarda canlanma olacaq.
Oxatan: Karyera və iş həyatında yeni imkanlar yarana bilər.
Oğlaq: Təhsil, səyahət və xarici əlaqələrlə bağlı yeni başlanğıclar mümkündür.
Dolça: Maliyyə, borc və ortaq büdcə məsələlərində dəyişikliklər gözlənilir.
Balıqlar: Münasibətlər və tərəfdaşlıqlarla bağlı yeni qərarlar gündəmə gələ bilər.