Bu qadınlar risk altındadır – Diqqət
Maraqlı
Gündəlik həyatda praktik hesab edilən və tez-tez seçilən möhkəm saç düzümləri uzunmüddətli perspektivdə saç sağlamlığı üçün risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, saçların daim bərk bağlanması saç köklərinə zərər verərək tökülməni artıra və hətta daimi saç itkisilə nəticələnə bilər.
News24.az xəbər verir ki, bu barədə dermatoloqlar xəbərdarlıq ediblər.
Onlar qeyd ediblər ki, qadınların təxminən üçdə biri həyatlarının müəyyən dövründə klinik baxımdan əhəmiyyətli saç tökülməsi ilə qarşılaşır.
Onların sözlərinə görə, saç tökülməsi adətən tək bir səbəbdən qaynaqlanmır və düzgün diaqnoz üçün əsas faktorlar mütləq araşdırılmalıdır.
Mütəxəssis vurğulayıb ki, sağlam insanlarda gündə 50–100 saç telinin tökülməsi normal sayılır. Lakin tökülmənin nəzərəçarpacaq dərəcədə artması, saçın seyrəlməsi və ya saç ayrımının daha qabarıq görünməsi hallarında dermatoloqa müraciət etmək tövsiyə olunur.