Bu rəngdə avtomobil almağa tələsməyin

Bu rəngdə avtomobil almağa tələsməyin Maraqlı

Yeni avtomobil alarkən əksər insanlar ilk növbədə dizayna və kuzovun rənginə diqqət yetirirlər, lakin mütəxəssislər bildirirlər ki, rəng seçimi avtomobilin görünüşü ilə yanaşı, ona qulluq etməyin nə qədər çətin olacağına da təsir göstərir.

News24.az xəbər verir ki, bu barədə "SlashGear" nəşri yazıb.

Məlumata görə, ən çox qulluq tələb edən rəng qara hesab olunur. Bu rəngli avtomobillərin üzərində toz, kir, qum və digər açıq rəngli çirklər daha aydın göründüyündən maşın qısa müddətdə səliqəsiz təsir bağışlayır. Bundan əlavə, xırda cızıqlar və digər kiçik qüsurlar da qara kuzovda daha çox nəzərə çarpır.

Mütəxəssislər bildirirlər ki, avtomobil əsasən torpaq yollarda istifadə olunursa və ya ağacların, tozun çox olduğu ərazilərdə sürülürsə, qara kuzov daha sürətlə çirklənir. Buna görə də avtomobilinin daim təmiz görünməsini istəyən sürücülər daha tez-tez yuma və cilalama aparmalı olurlar.

Alternativ kimi isə ağ, boz və gümüşü rənglər tövsiyə edilir. Ağ rəngdə xırda cızıqlar və yuyulmadan sonra qalan izlər daha az seçilsə də, tünd rəngli palçıq və ləkələr daha qabarıq görünür.

Ekspertlərin fikrincə, praktik baxımdan boz və gümüşü rənglər daha uğurlu seçim sayılır. Bu rənglər həm kiçik çirkləri, həm də kuzovdakı xırda qüsurları qara rəngə nisbətən daha yaxşı gizlədir.