Bu tarixlərdə maqnit qasırğaları olacaq

Bu tarixlərdə maqnit qasırğaları olacaq Maraqlı

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına News24.az xəbər verir ki, proqnozlara əsasən, oktyabrın 28-i, çərşənbə günündən etibarən Yer növbəti tac dəliyinin təsir zonasına daxil olacaq. Bu səbəbdən cümə axşamı və cümə günləri yeni geomaqnit təlatümləri dalğası gözlənilir. Bununla belə, hazırda bu təlatümlərin maqnit qasırğası səviyyəsinə çatma ehtimalı aşağı qiymətləndirilir.

Hesablamalara görə, günəş küləyinin sürəti saniyədə maksimum 600 kilometrə qədər yüksələcək. Bu, normal göstəricidən təxminən 50 faiz çoxdur. Lakin adətən belə sürət maqnit aktivliyinin ən yüksək “qırmızı zona” səviyyəsinə keçməsi üçün kifayət etmir.