Bu uçuş tarixə düşdü: kosmosda görünməmiş hadisə

Bu uçuş tarixə düşdü: kosmosda görünməmiş hadisə Maraqlı

Almaniyalı mühəndis Mixaela Benthaus tarixdə kosmosa gedən ilk əlilliyi olan qadın olub.

News24.az xəbər verir ki, o, “Blue Origin” şirkətinə məxsus “New Shepard” kosmik gəmisində suborbital uçuşda iştirak edib.

Bu uçuş kosmosa çıxış imkanlarında yeni mərhələnin və inklüzivliyin rəmzi kimi qiymətləndirilir.

Missiya ABŞ-nin Texas ştatında həyata keçirilib və təxminən 10 dəqiqə davam edib. Bu müddətin 3 dəqiqədən çoxu çəkisizlik şəraitində keçib.

Qeyd edək ki, 7 il əvvəl Mixaela Benthaus dağ velosipedi sürərkən baş verən bədbəxt hadisə nəticəsində iflic olub.

Bu uçuş tarixə düşdü: kosmosda görünməmiş hadisə Bu uçuş tarixə düşdü: kosmosda görünməmiş hadisə