Cəmi 20 dəqiqəyə bədəni yeniləyir
Maraqlı
Təbiətdə cəmi 20 dəqiqə vaxt keçirmək orqanizmdə ölçülə bilən müsbət dəyişikliklər yaradır.
News24.az xəbər verir ki, Oksford Universitetinin professoru Keti Uillisə görə, təbiətdə keçirilən qısa fasilələr insanda stress hormonlarını azaldır, ürək döyüntüsünü yavaşladır və qan təzyiqini normallaşdırır.
20 min nəfərin iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən, həftə ərzində ümumilikdə 120 dəqiqə yaşıllıqda vaxt keçirən insanların həm psixoloji, həm də fiziki sağlamlığı daha yaxşı olur.
Təbiət təkcə sakitləşdirici təsir göstərmir, həm də hormonal tarazlığı gücləndirir.
Torpaq və bitkilərlə təmas bağırsaq sağlamlığını da dəstəkləyir. Alimlərin fikrincə, təbiətdəki bakteriyalar immun sistemini gücləndirir, orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir.