"ChatGPT"-dən soruşub reanimasiyalıq oldu - Məhkəməyə verdi

"ChatGPT"-dən soruşub reanimasiyalıq oldu - Məhkəməyə verdi Maraqlı

ABŞ-də bir nəfər "OpenAI" şirkətini məhkəməyə verib.

News24.az bu barədə “The New York Times” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, həmin şəxs "ChatGPT"-dən məsləhət istəyib və o, tibbi yardıma ehtiyac olmadığı cavabını verib. İstifadəçiyə sağlamlıq vəziyyətinin ciddi olmadığını bildirib və bu da onun, müalicəsinin gecikməsinə səbəb olub. Daha sonra həmin şəxs ağciyər emboliyası diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

"OpenAI" isə bildirib ki, "ChatGPT" tibbi diaqnoz və ya müalicə məqsədilə istifadə olunmamalıdır və bu barədə xidmət şərtlərində açıq xəbərdarlıq yer alır.