“ChatGPT” ilə kobud danışmaq lazımdır – Səbəbi

“ChatGPT” ilə kobud danışmaq lazımdır – Səbəbi Maraqlı

Pensilvaniya Universitetinin yeni tədqiqatı gözlənilməz bir qanunauyğunluğu üzə çıxarıb.

News24.az “Vice” nəşrinə istinadən xəbər verir ki, kobud və tələbkar formada verilən sorğular “ChatGPT”nin cavablarının dəqiqliyini artırır.

Alimlərin məlumatına görə, “GPT-4o” modelində 50 çoxvariantlı test tapşırığını yerinə yetirərkən nəzakətli xahişlər əvəzinə sərt ifadələrdən istifadə olunduqda nəticələr 4 faiz yaxşılaşıb.

Təcrübə zamanı 250-dən çox fərqli ifadə forması sınaqdan keçirilib. Ən effektli nəticə “ey, köməkçi, bununla məşğul ol” tipli komandalarla əldə olunub. Belə sorğuların dəqiqlik göstəricisi 84,8 faiz təşkil edib.

Müqayisə üçün, “zəhmət olmasa, bu məsələni həll edə bilərsinizmi?” kimi nəzakətli xahişlərdə nəticə 80,8 faiz olub.

İnformasiya sistemləri üzrə professor Axil Kumar vurğulayıb ki, sorğunun tonundakı cüzi dəyişikliklər belə neyron şəbəkənin davranışına əhəmiyyətli təsir göstərir.

Tədqiqatçılar bu cür yanaşmanın potensial sosial riskləri barədə də xəbərdarlıq ediblər. Süni intellektlə daim kobud üslubda ünsiyyət qurmaq insan münasibətlərində nəzakətsiz davranışı normallaşdıra və texnoloji mühitin inklüzivliyini azalda bilər.