"ChatGPT"-nin "qatili" təqdim edildi
Maraqlı
Çinin “Xiaomi” korporasiyası “MiMo Code” adlı süni intellekt agentini təqdim edib.
News24.az xəbər verir ki, bu barədə “GizmoChina” nəşri məlumat yayıb.
“MiMo Code” təkcə məntiqi düşünmə modeli deyil, həm də proqramlaşdırma üçün tam funksional agent kimi təqdim olunur. Şirkət onun mənbə kodunu açıq edib və üçüncü tərəflərə modeli dəyişdirmək, eləcə də kommersiya məqsədilə yaymaq imkanı verib.
Modelin əsas xüsusiyyəti daimi yaddaş sistemidir. Bu sistem sayəsində süni intellekt istifadəçi ilə ünsiyyətin kontekstini yadda saxlayır və gördüyü bütün əməliyyatları qeyd edir. Nəticədə layihə üzərində işi əvvəlki sessiyada dayandırıldığı yerdən davam etdirmək mümkün olur.
Jurnalistlərin qeyd etdiyinə görə, “MiMo Code” artıq “ChatGPT” və digər çat-botların “qatili” adlandırılır.
Belə ki, modellərin effektivliyini qiymətləndirən “SWE-Bench Pro” testində “MiMo Code” 62 faiz nəticə göstərib. Müxtəlif proqramlaşdırma tapşırıqları üçün hazırlanmış “Claude Code” modeli isə 57 faiz toplayıb.
“Terminal Bench2” qiymətləndirməsində “Xiaomi”-nin hazırladığı model 73 faiz nəticə əldə edib. Bu göstərici də “Claude Code”-un 68 faizlik nəticəsindən yüksəkdir.