Dünya üzrə ən çox satılan smartfon bəlli oldu
Maraqlı
Dünyanın ən populyar smartfonu açıqlanıb.
News24.az xəbər verir ki, 2026-cı ilin ikinci rübündə dünya üzrə ən çox satılan smartfon “iPhone 17” olub.
“Apple” şirkətinin məhsulu bu statusunu ardıcıl ikinci rübdə qoruyub.
“iPhone 17”-nin bazara tədarük edilən bütün smartfonlar arasında payı 6 faiz təşkil edib.
İlk üçlükdə bütün yerləri “Apple” modelləri tutub.
“iPhone 17 Pro Max” ikinci, “iPhone 17 Pro” isə üçüncü olub.
“Apple”dan başqa siyahıda yalnız “Samsung” smartfonları yer alıb.
“Galaxy S26 Ultra” 4-cü, “Galaxy A07” 5-ci, “Galaxy A17” isə 6-cı pillədə qərarlaşıb.