Dünyanın ən məşhur kino ulduzunun adı açıqlandı

Dünyanın ən məşhur kino ulduzunun adı açıqlandı Maraqlı

Məşhur müğənni və aktrisa Merilin Monro “Variety” jurnalının tərtib etdiyi bütün dövrlərin ən böyük 100 kino ulduzunun siyahısında birinci yeri tutub.

News24.az xəbər verir ki, reytinqə müxtəlif dövrlərdə dünya kinosuna töhfə vermiş Amerika, Avropa və Asiya aktyorları daxil edilib.

Siyahının müəllifləri qeyd ediblər ki, Monronun aktyorluq istedadı uzun müddət onun ictimai obrazının kölgəsində qalıb. Halbuki aktrisanın yaratdığı ictimai persona da özlüyündə xüsusi bir sənət nümunəsi olub. Müəlliflər onun rol aldığı Hovard Hoksun “Cənablar sarışınlara üstünlük verirlər” filmini də mütləq izlənilməli ekran əsərləri sırasında göstəriblər.

Reytinqdə ikinci yeri “Kasablanka” və “Malta şahini” filmlərinin ulduzu Hamfri Boqart tutub. Üçüncü pillədə isə dünya kinosunun əfsanələrindən biri Çarli Çaplin qərarlaşıb.

İlk onluqda, həmçinin Cek Nikolson, Ketrin Hepbern, Sidni Puatye, Marlon Brando, Tom Kruz, Toşiro Mifune və Barbra Streisand yer alıblar.