Dünyanın ən qocaman pişiyi - 31 yaşını qeyd etdilər
Maraqlı
Böyük Britaniyanın Mançester şəhərində yaşayan Lesli Qrinhau pişiyi Millinin 31 yaşında olduğunu iddia edir.
News24.az xəbər verir ki, bu barədə "Goodnews Network" nəşri məlumat yayıb. Belə ki, əgər bu təsdiqlənərsə, Millie dünyanın ən yaşlı pişiyi kimi tarixə düşə bilər.
Məlumata görə, sahibi Millienin təxminən 1995-ci ildə dünyaya gəldiyini bildirib. Ailə onun bu ilki ad gününü toyuqdan xüsusi hazırlanmış şirniyyatla qeyd edib.
Lesli Qrinhau hesab edir ki, pişiyin uzun ömür sürməsinin əsas səbəbi yaxşı qulluq, sakit həyat tərzi və xüsusi qidalanma rejimidir. Millinin rasionuna qızılbalıq, karides, toyuq, tuna balığı və hətta butulkada mineral su daxildir.
Pişiyin sahibi onun adının Ginnesin Rekordlar Kitabına salınmasını istəyir. Lakin bunun üçün tələb olunan rəsmi sənədlər mövcud deyil. Hazırda Millinin yaşını təsdiqləyən yeganə sübut 1995-ci ildə çəkildiyi bildirilən və onun balaca pişik olduğu dövrü əks etdirən fotoşəkildir.