Dünyanın ən yaraşıqlı kişisi seçildi
Maraqlı
Taylandda keçirilən “Mister Global 2026” beynəlxalq kişi gözəllik müsabiqəsində Türkiyəni təmsil edən Dilhan Divrikli dünya birincisi seçilib.
News24.az xəbər verir ki, Brüsseldə yaşayan və dörd dil bildiyi deyilən Divrikli finalda Nigeriya və Filippin təmsilçilərini geridə qoyaraq qalibiyyət əldə edib. Modelliklə yanaşı, aktyorluqla da maraqlanan Divriklinin gələcəkdə bu sahədə karyera qurmaq istədiyi bildirilir.

