Ekspert barmaqları uzun göstərən dırnaq formasını açıqladı
Maraqlı
Badam formalı dırnaqlar əlləri daha uzun və incə göstərir.
News24.az xəbər verir ki, bunu estetik mütəxəssis Yekaterina Muranova deyib. O bildirib ki, bu, orta və uzun dırnaqlar üçün daha uyğundur. Qısa dırnaqlarda isə oval və ya yumşaq dairəvi forma daha məqsədəuyğundur.
Ekspert əlavə edib ki, vizual uzanma effekti yaratmaq üçün təbii rəngə yaxın laklardan və incə fransız maniküründən istifadə etmək daha doğrudur.