Əməliyyatdan sonra ağrı üç qat arta bilər - XƏBƏRDARLIQ
Maraqlı
Yeni araşdırmaya görə, D vitamini çatışmazlığı əməliyyatdan sonra ağrının daha şiddətli olmasına səbəb ola bilər.
News24.az xəbər verir ki, süd vəzi xərçəngi səbəbilə əməliyyat olunan 184 qadının vəziyyəti araşdırılıb. D vitamini səviyyəsi aşağı olan xəstələrin əməliyyatdan sonrakı ilk 24 saatda güclü ağrı hiss etmə ehtimalının üç dəfə çox olduğu müəyyənləşib.
Bu xəstələrin daha çox ağrıkəsici qəbul etdiyi və ürəkbulanma şikayətlərinin daha çox olduğu da bildirilib.
Tədqiqatçılar əməliyyatdan əvvəl D vitamini səviyyəsinin yoxlanılmasının sağalma prosesinə müsbət təsir göstərə biləcəyini qeyd ediblər.