Ən etibarlı insanlar bu aylarda doğulur

Ən etibarlı insanlar bu aylarda doğulur Maraqlı

Astrologiya və numerologiyaya görə, doğulduğumuz ay xarakterimiz və öhdəliklərə münasibətimiz barədə müəyyən ipucları verə bilər.

News24.az xəbər verir ki, “Parade” nəşrinin yazdığına görə, bəzi aylarda doğulan insanlar verdikləri sözə daha çox sadiq qalır və etibarlı olmaları ilə seçilirlər.

Yanvar. Yanvarda doğulanlar boş vədlər verməyi sevmirlər. Astroloqların fikrincə, Oğlaq və Dolça bürcləri əvvəlcə imkanlarını dəyərləndirir, sonra öhdəlik götürür. Onlar az söz verib onu tam yerinə yetirməyə üstünlük verirlər.

Aprel. Apreldə doğulanlar üçün etibar sözlə deyil, əməllə qazanılır. Qoç və Buğa bürclərinin nümayəndələri kömək edəcəklərini deyirlərsə, bunu gecikdirmədən həyata keçirməyə çalışırlar.

Sentyabr. Sentyabrda doğulanlar üçün vədə əməl etmək şərəf məsələsidir. Qız və Tərəzi bürclərinin nümayəndələri kimisə məyus etmək istəmir, dəyişən şəraitdə belə verdikləri sözü yerinə yetirməyin yolunu axtarırlar.

Dekabr. Dekabrda doğulanlar plan qurmaqdan çox hərəkət etməyə üstünlük verirlər. Astroloqlar bildirirlər ki, Oxatan və Oğlaq bürcləri çətinliklərə baxmayaraq, verdikləri sözə sadiq qalmağa çalışır və məsuliyyətdən yayınmırlar.