“Game of Thrones” filmi bu tarixdə yayımlanacaq
Maraqlı
“Game of Thrones” ilk dəfə tammetrajlı film formatında böyük ekrana çıxarılacaq.
News24.az xəbər verir ki, Targaryen sülaləsinin banisi I Aegonun Vesterosu fəth etməsindən bəhs edən film 2029-cu il iyunun 6-da kinoteatrlarda nümayiş olunacaq.
Filmin rejissoru Ouven Harris, ssenaristi isə “Oskar” mükafatına namizəd Beau Villimon olacaq.
Filmin aktyor heyəti və çəkilişlərin nə vaxt başlayacağı hələ açıqlanmayıb.
Ekranda indiyədək heç vaxt görünməyən I Aegon Targaryen obrazını kimin canlandıracağı da maraq doğurur.