Gecə rahat yatmaq üçün bunları yeyin
Maraqlı
Gecə rahat yatmaq üçün axşam yeməyi asan həzm olunan zülal və yaşıl tərəvəzlərdən ibarət olmalıdır.
News24.az xəbər verir ki, axşam yeməyində balıq, dəniz məhsulları, hinduşka, toyuq döşü, omlet və 5-9 faiz yağlı kəsmikə üstünlük vermək olar.
Tərəvəzlərdən isə kabaçki, brokoli, gül kələmi, ispanaq, yarpaqlı salatlar, xiyar və bibər məsləhət görülür.
Axşam saatlarında sadə karbohidratlarla zəngin şirin məmulatlar, ağ düyü, kartof və yumşaq buğdadan hazırlanan makaron yuxuya mənfi təsir göstərə bilər.
Belə qidalar qanda insulin səviyyəsinin kəskin artmasına, daha sonra isə şəkərin sürətlə azalmasına səbəb ola bilər.
Yağlı yeməklər də gecə yuxusunu poza bilər. Steyk, kartof qızartması, pizza və xama ilə pelmeninin həzmi 4-6 saat çəkə bilər.
Bu müddət tamamlanmadan yatmaq mədə turşusunun qida borusuna geri qayıtması və gecə mədə yanması riskini artırır.
Axşam yeməyi təxminən 400 qram olmalı, bunun 150 qramının zülal, 250 qramının isə tərəvəz təşkil etməlidir.
Axşam yeməyi ilə yuxu arasında 3-4 saat vaxt olmalıdır.
Həmçinin yatmazdan 1,5-2 saat əvvəl çay, qəhvə, qazlı içkilər və çox miqdarda su qəbul etməməyi məsləhət görüb.