Gündüz gecəyə çevriləcək, Günəş yox olacaq - Tarix açıqlandı

Gündüz gecəyə çevriləcək, Günəş yox olacaq - Tarix açıqlandı Maraqlı

12 avqust tarixində tam Günəş tutulması baş verəcək.

News24.az xəbər verir ki, Ayın Yerlə Günəşin arasından keçməsi nəticəsində bəzi bölgələrdə Günəş tamamilə örtüləcək və gündüz saatlarında qısa müddət ərzində hava qaralacaq.

Tam tutulmanı Qrenlandiya, İslandiya və İspaniyadan müşahidə etmək mümkün olacaq.

Avropanın bəzi bölgələrində isə tutulma qismən müşahidə olunacaq.

Böyük Britaniyanın bəzi ərazilərində Günəşin 90 faizindən çoxu Ay tərəfindən örtüləcək.

12 avqustu daha xüsusi edən digər hadisə isə Perseid meteor yağışıdır.

İlin ən diqqətçəkən meteor yağışlarından biri olan Perseidlər də 12–13 avqust gecəsi maksimuma yaxınlaşacaq.

Beləliklə, Avropanın bəzi bölgələrində bir neçə saat ərzində həm Günəş tutulmasını, həm də meteor yağışını müşahidə etmək mümkün olacaq.