Həkimdən üzgüçülərlə bağlı vacib tövsiyə: Bu sulardan uzaq durun

Həkimdən üzgüçülərlə bağlı vacib tövsiyə: Bu sulardan uzaq durun  Maraqlı

Həkim Aleksandr Umnov bildirib ki, isti havalarda dənizdə üzmək şirin su hövzələri ilə müqayisədə daha təhlükəsiz hesab olunur.

News24.az xəbər verir ki, onun sözlərinə görə, dəniz suyundakı duz və yod bir çox bakteriya, virus və parazitlərin çoxalmasını məhdudlaşdırır.

Mütəxəssis qeyd edib ki, durğun və isti şirin su hövzələri bağırsaq infeksiyalarına səbəb olan mikroorqanizmlər üçün daha əlverişli mühit yaradır. Bununla belə, dəniz suyu da tam təhlükəsiz deyil. Çirkab suların qarışdığı ərazilərdə infeksiya riski artır.

Həkim açıq yaraları, zəif immun sistemi və xroniki xəstəlikləri olan şəxslərə istənilən su hövzəsində ehtiyatlı olmağı tövsiyə edib.