Himalayda buzlaqların ərimə sürəti 65 faiz artıb

Himalayda buzlaqların ərimə sürəti 65 faiz artıb Maraqlı

Himalay dağlarında buzlaqların ərimə sürəti son 10 ildə əhəmiyyətli dərəcədə artıb.

News24.az xəbər verir ki, hesabata görə, son 10 ildə buzlaqların kütlə itkisi əvvəlki dövrlə müqayisədə 65 faiz daha sürətli olub.

Bölgədə təxminən 40 min buzlaq var. Lakin onların yalnız 0,1 faizi müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, buzlaqların sürətlə əriməsi daşqın və digər təbii fəlakətlərin riskini artırır. Bu proses milyonlarla insanla yanaşı, qlobal təchizat zəncirinə də təsir göstərə bilər