Hitlerin Almaniya ilə bağlı planı üzə çıxdı
Maraqlı
Nasist Almaniyasının lideri Adolf Hitlerin onunla əməkdaşlıq edən Ukrayna millətçiləri üçün dövlət yaratmaq niyyəti yox idi.
News24.az xəbər verir ki bunu Birlik Dövləti Tarixçiləri Assosiasiyasının üzvü Mixail Kuzovkin RT-yə verdiyi müsahibədə deyib.
"Əvvəlcə millətçilərin xəyal etdiyi kimi hər hansı bir Ukrayna dövlətinin yaradılması nəzərdən keçirilmirdi", - deyə o bildirib.
Tarixçi qeyd edir ki, 16 iyul 1941-ci ildə Hitler SSRİ-yə qarşı müharibə məqsədləri ilə bağlı iclas keçirib və bu iclasda işğal olunmuş ərazilərdən istifadə planlarını açıqlayıb. Xüsusilə, fürer Qalisiyanı Almaniya imperiyasının bir hissəsi və almanlar üçün "Cənnət bağı" etmək istəyirdi. Bu arada, Ukrayna millətçiləri Berlinin onlar üçün ayrıca bir dövlət yaratmasına ümid edirdilər.