Hər bürc üçün sağlamlıq SİRLƏRİ– Günün mesajı

Hər bürc üçün sağlamlıq SİRLƏRİ– Günün mesajı Maraqlı

Qoç

Bu gün enerjiniz yüksək olsa da, özünüzü həddən artıq yormamağa çalışın. Səhhətinizə bir qədər diqqəti artırın, istirahəti unutmayın.

Buğa

Gün ərzində sakit və sabit qalmaq sizə yaxşı təsir edəcək. Nazik geyinib günəşə aldanmamağa çalışın.

Əkizlər

Ünsiyyət çox olacaq, amma zehni yorğunluq hiss edə bilərsiniz. Bu aralar daha çox yatmağa, hətta imkan varsa, işinizə fasilə verib dincəlməyə çalışın.

Xərçəng

Emosional dalğalanmalar səhhətinizə təsir edə bilər. Qidalanmanıza, diqqət yetirin, ağır yeməklərdən uzaq durun.

Şir

Bu gün özünüzü güclü hiss edəcəksiniz, amma ürək və qan dövranına bir qədər daha çox diqqət lazımdır. Fiziki aktivliyinizi balanslı saxlayın.

Qız

Detallara fokuslanmaq sizi bir az yoracaq. Bağırsaq və həzm problemlərinin qarşısını almaq üçün düzgün qidalanmağa çalışın.

Tərəzi

Daxili balansınızı qorumaq günün əsas mövzusudur. Çevrənizdəki insanlarla ünsiyyətdə bunu diqqətdə saxlamanız məqsədəuyğundur.

Əqrəb

Gərgin gündür. Səhhətinizi və əsəblərinizi qorumağa çalışın. İmmuniteti gücləndirmək üçün vitaminli qidalar qəbul etməniz tövsiyə olunur.

Oxatan

Hərəkətli gün olacaq, amma əzələlərdə yorğunluq hiss edə bilərsiniz. İdmana və gəzintiyə vaxt ayırın.

Oğlaq

İş yükünüz çox olsa da, bədəninin siqnallarını diqqətdən qaçırmayın. Yaz havası oynaq ağrılarınızı gücləndirə bilər. Geyiminizə diqqət, istirahət və düzgün qidalanma vacibdir.

Dolça

Yaradıcı enerji yüksəkdir, amma yuxu rejimi də unudulmamalıdır. Qan dövranını yaxşılaşdırmaq üçün yüngül hərəkətlər də pis olmaz.

Balıqlar

Həssaslığınız artdığı üçün tez yorula bilərsiniz. Ayaqlarınızı isti saxlamağa və psixoloji rahatlıq üçün sakit mühit seçməyə çalışın.