İnanılmaz kəşf: 1400 yaşı olan qədim xəzinə tapıldı

İnanılmaz kəşf: 1400 yaşı olan qədim xəzinə tapıldı Maraqlı

Dini mətnlərdə adı çəkilən Yəhudi səhrasında yerləşən qədim xristian monastırında diqqətçəkən arxeoloji tapıntılar aşkar edilib.

News24.az xəbər verir ki, İsrail arxeoloqları monastır ərazisində Bizans dövrünə aid qızıl sikkələr və qızıl üzük tapıblar.

Tapıntılar Qərbi Şəriyədə yerləşən Hirkaniya arxeoloji ərazisində üzə çıxarılıb. Aşkar edilən iki qızıl sikkənin 610–641-ci illərdə Bizans imperatoru olmuş Herakliusun dövrünə aid olduğu və üzərində imperatorun təsvirinin yer aldığı bildirilir.

Mənbələrə görə, xəzinə Herakliusun hakimiyyəti dövründən İslam dövlətinin bölgədə möhkəmlənməsinə qədər qorunub saxlanılıb. Qızıl üzüyün də həmin tarixi dövrə aid olduğu qeyd olunur.

İnanılmaz kəşf: 1400 yaşı olan qədim xəzinə tapıldı