İnsanlar həqiqətən ruhları görür? - Alimlərdən araşdırma

İnsanlar həqiqətən ruhları görür? - Alimlərdən araşdırma Maraqlı

ABŞ alimləri bəzi insanların niyə ruh gördüklərini və vəfat etmiş şəxslərin varlığını hiss etdiklərini araşdırmaq üçün qeyri-adi eksperiment keçiriblər.

News24.az xəbər verir ki, tədqiqatda 30 könüllü iştirak edib. Onlar qaranlıq otaqda güzgüyə baxaraq təxminən bir saat vaxt keçiriblər.

İştirakçılardan əvvəlcə vəfat etmiş yaxınlarını xatırlamaları, daha sonra isə güzgüyə diqqətlə baxmaları istənilib.

Eksperiment zamanı bəzi iştirakçılar otaqda başqa bir varlığın olduğunu hiss etdiklərini, digərləri isə qeyri-adi görüntülər gördüklərini bildiriblər. Bir qadın hətta vəfat etmiş qohumunun saçlarını oxşadığını hiss etdiyini deyib.

Araşdırma göstərib ki, yaradıcı təxəyyülü güclü olan insanlar daha parlaq görüntülər və emosional təcrübələr yaşamağa meyillidirlər.

Alimlər hesab edirlər ki, bu cür hadisələr insan beyninin qavrayış xüsusiyyətləri, xatirələr və ətraf mühit amilləri ilə əlaqəli ola bilər.

Bununla belə, eksperiment ruhların mövcudluğunu təsdiqləməyib.