"iPhone 18"lə bağlı detallar açıqlandı

"iPhone 18"lə bağlı detallar açıqlandı Maraqlı

“Apple” şirkəti “iPhone 18” seriyasının baza modelinin xüsusiyyətlərini yaxşılaşdıracaq.

News24.az xəbər verir ki, bu barədə analitik Ceff Pu məlumat verib.

Mütəxəssisin sözlərinə görə, seriyanın ən münasib qiymətli modeli olan “iPhone 18” “iPhone 17 Pro”-da olduğu qədər operativ yaddaşa sahib olacaq.

Beləliklə, baza modelində 12 giqabayt operativ yaddaş olacaq.

Pu həmçinin bildirib ki, gələn ilin yazında ABŞ-nin texnologiya nəhəngi daha münasib qiymətli “iPhone 18e” modelini təqdim edəcək.

Mütəxəssisin məlumatına əsasən, bu cihaz 9 giqabayt operativ yaddaşla təchiz olunacaq.

Hər iki smartfon yeni A20 prosessoru əsasında işləyəcək.

Ceff Pu “iPhone 18”-in dizaynı ilə bağlı kiçik bir detalı da açıqlayıb.

Onun məlumatına görə, smartfon daha kiçik ölçülü “Dynamic Island” ekran kəsiyi ilə təqdim ediləcək.

Jurnalistlərin qənaətinə görə, “iPhone 18” 2027-ci ilin əvvəlində satışa çıxacaq.

Beləliklə, baza modelinin təqdimatı “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” flaqmanlarının buraxılışından fərqli tarixdə keçiriləcək.