"iPhone 18 Pro Max"-da problem aşkarlandı

"iPhone 18 Pro Max"-da problem aşkarlandı Maraqlı

“Apple”-ın ən bahalı cihazı sayılan “iPhone 18 Pro Max”-da problem aşkarlanıb.

News24.az xəbər verir ki, istifadəçilərin nəzərdən qaçırdığı problem smartfonun çəkisi ilə bağlıdır.

Cihazın çəkisi 249 qram təşkil edir.

Demək olar ki, eyni dizayna malik olan “iPhone 17 Pro Max” 16 qram daha yüngüldür.

Mütəxəssislər smartfonun ağır çəkisini vacib problem adlandırıblar.

Onların sözlərinə görə, cihazı əldə saxlamaq o qədər də rahat deyil, həmçinin uzun müddət istifadə etdikdə bilək ağrımağa başlayır.

O da bildirilib ki, əvvəllər “Apple” smartfonlarının çəkisi daha az olub. “iPhone 16 Pro Max” — 227 qram, “iPhone 15 Pro Max” — 221 qram, “iPhone 14 Pro Max” — 240 qram.

“Apple” smartfonunun çəkisinin artmasının əsas səbəbləri kimi yeni soyutma sistemini və əvvəlkindən daha böyük ölçülü akkumulyator göstərilir.