"iPhone 20" bu tarixdə təqdim olunacaq

"iPhone 20" bu tarixdə təqdim olunacaq Maraqlı

“Apple”şirkəti “iPhone” seriyasının 20 illiyi münasibətilə xüsusi model hazırlayır.

News24.az xəbər verir ki, yubiley smartfonunun istehsalında ultra nazik “iPhone Air”-də istifadə olunan şüşə istehsalı texnologiyasından istifadə ediləcək.

Bu, cihazı daha da nazik etməklə yanaşı, texniki göstəricilərini də yaxşılaşdırmağa imkan verəcək.

Mövcud proqnozlara görə, “iPhone 20” modelləri 2027-ci ilin payızında təqdim ediləcək.