"iPhone" istifadəcilərinin nəzərinə! - Bunu mütləq edin

"iPhone" istifadəcilərinin nəzərinə! - Bunu mütləq edin Maraqlı

“Apple” şirkəti iPhone, iPad və Mac kompüterləri üçün iOS 27.2.1, iPadOS 27.2.1 və macOS 27.2.1 yeniləmələrini yayımlayıb.

News24.az xəbər verir ki, noyabrın 9-da təqdim olunan yeniləmələr bir sıra təhlükəsizlik boşluqlarını aradan qaldırır.

Şirkətin məlumatına görə, aşkar edilmiş problemlər “iMessage”, “AirPlay” və “Bluetooth” xidmətləri ilə bağlı olub.

Belə ki, bəzi boşluqlar kənar şəxslərə istifadəçinin xəbəri olmadan “iMessage” qrup söhbətlərinə qoşulmaq və yazışmaları oxumaq imkanı yarada bilərdi.

Digər təhlükəsizlik problemləri isə “Bluetooth” vasitəsilə icazəsiz qoşulma və “AirPlay” bağlantısında təsdiq kodunun daxil edilməsi cəhdlərinə qoyulan məhdudiyyətin aşılması ilə bağlı idi.

“Apple” macOS yeniləməsində eMudhra sertifikatı ilə əlaqəli təhlükəsizlik problemini də aradan qaldırıb.

Qeyd olunub ki, şirkət bu boşluqlardan real hücumlarda istifadə edildiyinə dair məlumat açıqlamayıb.

Bununla belə, təhlükəsizlik risklərinin qarşısını almaq üçün istifadəçilərə cihazlarını yeni versiyaya yeniləmək tövsiyə olunur.