"iPhone"larda problem yarandı
Maraqlı
“iPhone” istifadəçiləri smartfonlarda zəngli saatın işində nasazlıq olduğunu bildirirlər.
News24.az xəbər verir ki, telefonlarda zəngli saat işə düşsə də, səs gəlmir.
Bəzi cihazlarda əvvəllər qurulmuş zəngli saatlar üçün səs parametri öz-özünə səssiz rejimə düşür.
İstifadəçilər qeyd edirlər ki, parametrlərin dəyişməsi onların müdaxiləsi olmadan baş verir.
Problemin olub-olmadığını yoxlamaq üçün saat tətbiqinə daxil olub hər bir zəngli saatı açmaq və onun üçün səs siqnalının seçildiyinə, səssiz rejimin aktiv olmadığına əmin olmaq tövsiyə edilir.
Bundan başqa istifadəçilərə həmçinin iOS sistem ayarlarının xüsusiyyətlərini nəzərə almaq məsləhət görülür.
Zəngli saatın səsi səs və bildiriş parametrlərindən asılıdır. Səs düymələri ilə dəyişməyə icazə verildikdə avtomatik olaraq azala bilər. “Yuxu rejimi” üçün ayrıca səs ayarları mövcuddur və bu rejimdə özünəməxsus səs səviyyəsi istifadə olunur.
Xəbərin yayımlandığı ana qədər “Apple” vəziyyətlə bağlı rəsmi açıqlama verməyib. /9to5Mac